“Qarabağ”ın azarkeş qrupu “İmarət” 2017-ci ilin yekununa həsr olunmuş tədbir keçirib.
Qol.az-ın məlumatına görə, mərasimdə millət vəkilləri Aqil Abbas, Fazil Mustafa, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, futbolçulardan Dino Ndlovu, Yakub Jezniçak, Ansi Aqolli, media nümayəndələri, “Ladies Qarabağ” fan-klubunun üzvləri və fəal azarkeşlər iştirak ediblər.
Tədbir ilk Azərbaycan klubu kimi Çempionlar Liqasına vəsiqə qazanmış “Qarabağ”ın tarixi uğuruna həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Daha sonra rəsmi hissəni giriş sözü ilə açan “İmarət”in prezidenti Yusif Rüstəmli Vasif Qurbanzadəni səhnəyə dəvət edib. İştirakçıları salamlayan aparıcı əvvəlcə “İmarət” azarkeş qrupunun qurucularından və idarə heyətinin üzvlərindən biri olan Qabil Hüseynliyə söz verib. O isə öz növbəsində hədiyyəsini almaq üçün Dino Ndlovunu mərkəzə çağırıb. “Tarixi qolun müəllifi” nominasiyası üzrə mükafatlandırılan afrikalı futbolçu şəxsi işləri ilə əlaqədar tədbiri yarımçıq tərk etməli olub. Q. Hüseynli azarkeş qrupunun cari ildəki fəaliyyəti haqda məlumat verdikdən sonra Aqil Abbas kürsüyə dəvət alıb. Millət vəkili səhnəyə əlində qılıncla çıxıb ki, bu da iştirakçıların marağına səbəb olub. “Qarabağ” adının önəmini bir daha xatırladan A. Abbas siyasətçilərin 10 ildə görə bilmədikləri işi Ağdam klubunun qısa vaxt ərzində gördüyünü, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. Millət vəkili çıxışının sonunda əlindəki qılıncı sevimli futbolçusu Ansi Aqolliyə bağışlayıb və “bununla hakimləri vurarsan” deyə zarafat edib.
Daha sonra “Qarabağ”ın keçmiş prezidenti Yunis İldırımzadə çıxış edərək, “Qarabağ”a istənilən dəstəyi göstərməyə hazır olduqlarını bildirib. Səhnəyə dəvət olunan növbəti qonaq Qarabağ döyüşlərinin iştirakçısı, eyni zamanda, “İmarət” azarkeş qrupunun fəal üzvlərindən Elməddin Səfərov olub. Komanda ilə bağlı xatirələrindən danışan Qarabağ qazisi müharibədə şəhid olmuş azarkeşləri yad edib.
Ardınca söz millət vəkili Fazil Mustafaya verilib. “Qarabağ” və “İmarət” haqda xoş sözlər söyləyən F. Mustafa komandada mübarizliyin ön plana çıxdığını, Qurban Qurbanovun Azərbaycan futboluna nizam-intizam, tərbiyə gətirdiyini qeyd edib.
Qonaqların çıxışından sonra sıra mükafatlandırma mərasiminə çatıb. “Qarabağ”ın futbolçularından Yakub Jezniçak “Azarkeşin dostu” mükafatına, Ansi Aqolli isə “Qarabağ medalı”na layiq görülüb.
Digər nominasiyalar üzrə də mükafatlar təqdim olunduqdan sonra səhnəyə Feysbukdakı "Qarabağ mətbəxi" səhifəsinin rəhbəri Anar Bağırov tərəfindən tədbir üçün xüsusi hazırlanmış “Qarabağ tortu” gətirilib. Qurban Qurbanov tortu kəsdikdən sonra ürək sözlərini söyləyib.
Sonda isə söz “Qarabağ”ın fiziki qüsurlu azarkeşlərinə verilib. Sevimli komandalarını heç vaxt tək buraxmayan fanatlar bundan sonra da komandaya dəstəklərini əsirgəməyəcəklərini bildiriblər.
Elnur SALAHOV
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı