“Sumqayıt”ın hücumçusu Amil Yunanov Qol.az saytına müsahibə verib. Komandasının Topaz Premyer Liqanın birinci dövrəsindəki çıxışını dəyərləndirən futbolçu “Qarabağ”la ölkə kubokunun 1/4 final mərhələsindəki oyunlardan da danışıb.
- “Sumqayıt” fasiləyə 4-cü pillədə yollandı. Komandanın çıxışını qənaətbəxş saymaq olar?
- 2-3 oyunu çıxmaq şərtilə, birinci hissədə işlərimiz pis getmədi. Hazırkı mövqeyimizi də normal saymaq olar. 4-cü yerdəyik. İkinci hissədə daha yaxşı çıxış edib, ən azından mövqeyimizi qorumağa çalışmalıyıq.
- Çoxları düşünür ki, “Sumqayıt” Avroliqaya vəsiqə uğrunda mübarizə aparırsa, legioner futbolçu almalıdır. Bəziləri isə yerli futbolçulara şans verilməyinin tərəfdarıdır. Bəs sən hansı fikirdəsən?
- Legioner transferi ilə bağlı heç nə demək istəmirəm. Bu, klubun öz strategiyasıdır. Rəhbərlik özü qərar verir. Amma digər tərəfdən, sevindirici haldır ki, komanda yerli futbolçularla yaxşı oyun göstərir. Ən azından futbol ictimaiyyətinin rəğbətini qazana bilib. Hamı istəyər ki, daha çox azərbaycanlı uşaqlar oynasın. Belə daha yaxşıdır. “Sumqayıt”da yaxşı futbolçular yetişib, daha səviyyəli klublara, milli komandalara gedirlər.
- Mövsümə qollarla başlasan da, davamını gətirə bilmədin. Samir Abasov da sənin çox qol imkanını qaçırmağından gileylənib. Problem nədədir?
- Sizinlə razıyam. Mövsümə yaxşı başladım. Fikirləşirdim ki, daha da yaxşı olacaq. Çünki qarşıma məqsəd də qoymuşdum. Oyunlarda da əlimdən gələni edirəm. Hətta qol vurmadığım, fürsətləri qaçırdığım matçlarda belə yaxşı oyun göstərməyə çalışıram. Bəzi epizodlarda şanssızlıq olur, bəzilərində isə ustalıq səviyyəm çatmır. Fasilədən sonra problemi aradan qaldırmağa çalışacam. Yaxşı yerlərdə oynamaq istəyirəmsə, çalışmalıyam. Futbolda səhvlər olur. Hücumçuyam, hələ bundan sonra da nə qədər qol imkanlarını qaçıracam. Düzdür, çox qol fürsətini boşa verdim. İkinci dövrə daha çox fərqlənməyə çalışacam.
- Baş məşqçi bununla bağlı səninlə ayrıca söhbət edib?
- Əlbəttə, öz tapşırıqlarını verir. Ələ düşən epizodlarda necə hərəkət etməli olduğumu başa salır. Tez-tez söhbətlərimiz olur. Mən də öz növbəmdə deyirəm ki, əlimdən gələni edəcəm, hər şey yaxşı olacaq.
- Artıq Premyer Liqada fasilədir və qarşıda qış transfer pəncərəsi var. Maraqlıdır, digər klublardan təklif almısan?
- Heç bir komandadan təklif almamışam. “Sumqayıt”la may ayına kimi müqaviləm var. Hələlik təkliflər barədə düşünmək də tezdir. Çünki əsas fikrim komandadadır. Yaxşı oyun göstərək, layiqli yer tutaq, sonrasına baxarıq.
- İlə “Qarabağ”la kubok oyunları ilə yekun vuracaqsınız. Ardıcıl 4-cü dəfə, Ağdam klubu ilə qarşılaşacaqsınız. Bundan əvvəlki hər 3 dueldə rəqib sizin yolunuzu kəsib. Sindromu qıra biləcəksiniz?
- “Qarabağ”la düşməyimizi şanssızlıq adlandırmıram. Bu komanda çempionatın ən güclüsüdürsə, əvvəl-axır onlarla qarşılaşacağıq. Bu mənada “Qarabağ”la düşməyimiz daha yaxşı oldu. Əlimizdən gələni edib, turu keçməyə çalışacağıq. Meydana da məhz bu məqsəd üçün çıxacağıq. “Qarabağ” sindromunu sındırmaq istəyirik. Birinci oyunda sərfəli nəticə əldə edib, ikinci görüşdə istəyimizə çata bilərik. Ümid edirəm ki, bizim üçün hər şey yaxşı olacaq.
Elnur SALAHOV
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir