“... Onda gərək hamı ilə dalaşam” – Vüqar Nadirov

“... Onda gərək hamı ilə dalaşam” –  Vüqar Nadirov
XƏBƏR 9 Dekabr 2017 / 00:01 3159
-  A +

“Səbail”in hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqasının 4-cü turundan təxirə salınmış “Qarabağ”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- “Qarabağ” kimi komandaya qarşı yaxşı oynadıq. Fərqlənmək üçün şanslarımız da oldu. Dəyərləndirə bilmədik. Belə komandaya qarşı bu cür oynadıqsa, deməli, komanda get-gedə düzəlir.

- Meydanda hər top uğrunda sonadək mübarizə aparırdın. Bu, istəkdən irəli gəlirdi, yoxsa aqressiyadan?

- Aqressiv deyildim. Hər bir oyunda istəkli çıxış etməyə, qol vurmağa çalışıram. Çünki qol vurmayanda sıxılıram.

- Hər dəfə bu sual veriləndə, aqressiv olmadığını deyirsən. Amma kənardan heç də elə görünmür...

- Kənardan elə görünə bilər. Yaxud da kimsə elə fikirləşə bilər ki, aqressivəm. Elə deyil. Çalışıram ki, öz oyunumu oynayım. Aqressiv olsam, onda gərək hamı ilə dalaşam. İstəkli oynayıram. 7 il bu komandada oynamışam. Tək “Qarabağ”a qarşı deyil, bütün komandalara qarşı bu cür motivasiya ilə meydana çıxıram.

- Bu gün bir çox qol imkanlarınız olsa da, fərqlənə bilmədiniz. Səncə, komandada nə çatışmır?

- Məncə, təcrübə çatmır. Hamıda istək var. Özünüz də görürsünüz ki, necə vuruşuruq. Yeni komandayıq. Get-gedə düzələcək. Birdən-birə heç nə olmur.

- Karyeranla bağlı nə fikirləşirsən? “Səbail”də qalacaqsan, yoxsa başqa təkliflərin var?

- Klubla müqaviləm davam edir. Hələlik heç bir planım, təklifim yoxdur. Heç yerə getmirəm.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı