"Sistemimizi dəyişməyi planlaşdırırıq" - Samir Əliyev

"Sistemimizi dəyişməyi planlaşdırırıq" - Samir Əliyev
ÖLKƏ FUTBOLU 8 Dekabr 2017 / 21:46 2877
-  A +

“Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 4-cü turundan təxirə salınmış  “Qarabağ”la oyundan (0:2) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- Pis oynamadıq. Qol vəziyyətləri də yaratdıq, lakin istifadə edə bilmədik. Rəqibin səviyyəsi göz qabağında idi.

- Oyunun gedişində elə təəssürat yarandı ki, sanki, siz meydanda olsaz, bu fürsətləri daha yaxşı dəyərləndirə bilərdiniz...

- Meydanda olan mən deyildim. Əlimizdə olan futbolçular isə bunlardır. İrəli baxmalıyıq. Çalışacağıq ki, öz üzərimizdə daha çox işləyək. Heyəti gücləndirmək istəyirik. Bir neçə futbolçunu diqqət mərkəzində saxlamışıq.

- Bu gün Nurlan Novruzovu əvəzlədiniz, keçən oyunda isə Amit Quluzadəni əvəzləmişdiniz. Demək olar ki, bu oyunçular artıq “qara siyahı”ya düşüb?

- Oyunçular məndən onlara şans verməyimi istəyirlər. Mən də şans verirəm. O ki qaldı onları əvəzləməyimə, zəif oynayırlar ki, əvəzləyirəm.

- “Səbail”in əsas məqsədi milli komandalar üçün oyunçu yetişdirməkdir. Komandanın qarşısına konkret vəzifə qoyulmayıb. Bu, komandanı əlavə təzyiqdən azad etmir ki?

- Xeyr. Qarşımıza hədəf qoyulmayıbsa, o demək deyil ki, çıxıb uduzmalıyıq. Çalışırıq ki, öz oyunumuzu daim inkişaf etdirək, əlimizdə olan istedadlı oyunçulardan yaxşı istifadə edək. Komandaya yeni, istedadlı oyunçular da cəlb etmək istəyirik.

- Sistemə görə oyunçu axtarırsınız, yoxsa oyunçuları öz sisteminizə uyğunlaşdırmağa çalışırsınız?

- Sistemimizi dəyişməyi planlaşdırırıq. Qarşıda ölkə kubokunda iki oyunumuz var. Bu sahədə işlərə kubok oyunlarından sonra başlayacağıq. Təxminən 15-20 gün vaxtımız olacaq. Bu vaxt ərzində yeni sistemi sınaqdan keçirəcəyik. Yəqin ki, 3-cü dövrədə fərqli oyun sistemindən istifadə edəcəyik.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı