Almaniya millisinin fəxri kapitanı seçildi

Almaniya millisinin fəxri kapitanı seçildi
XƏBƏR 8 Dekabr 2017 / 16:23 2637
-  A +

Filip Lam Almaniya millisinin fəxri kapitanı seçilib.

Qol.az-ın Almaniya Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu gün keçirilən tədbirdə Lama rəsmi şəhadətnamə təqdim edilib.

Bundestimin və “Bavariya”nın sabiq kapitanı bu ada layiq görülən 6-cı futbolçudur. Buna qədər Frits Uolter, Uve Zeeler, Frans Bekkenbauer, Lotar Matteus və Yurgen Klinsman fəxri kapitan adına layiq görülüb.

Qeyd edək ki, 2004-2014-cü illərdə Almaniya millisində çıxış etmiş Filip Lam 113 oyunda meydana çıxıb və 5 qol vurub.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın