"Real"ın futbolçusu cəzalandırıldı - qəsdən sarı vərəqə aldığı üçün

"Real"ın futbolçusu cəzalandırıldı -  qəsdən sarı vərəqə aldığı üçün
XƏBƏR 8 Dekabr 2017 / 13:28 4284
-  A +

UEFA İntizam Komitəsi "Real"ın futbolçusu Dani Karvahalı cəzalandırıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna onun Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda APOEL-ə qarşı matçda (6:0) qəsdən sarı vərəqə alması səbəb olub.

İspan müdafiəçi əlavə edilmiş vaxtda topu autdan meydana gec daxil edib. Buna görə o, sarı vərəqə alaraq cəzalı duruma düşüb.

D.Karvahal bilərəkdən bu addımı atdığı üçün 2 oyunluq cəzalandırılıb.

"Borussiya" ilə görüşü buraxan D.Karvahal ÇL-in 1/8 finalının ilk matçında da iştarak etməyəcək.

Son xəbərlər