"Əminəm ki, hamınız bizimlə qürur duydunuz" - Aqolli

"Əminəm ki, hamınız bizimlə qürur duydunuz" - Aqolli
GÜNDƏM 8 Dekabr 2017 / 12:19 3020
-  A +

“Qarabağ”ın futbolçusu Ansi Aqolli bu mövsüm  Çempionlar Liqasındakı çıxışları dəyərləndirib.

Qol.az-ın məlumatına görə, bununla bağlı özünün "İnstagram" səhifəsində paylaşın edən alban legioner qitənin ən nüfuzlu klub turnirində komandasının bəxtinin gətirmədiyini düşündüyünü yazıb:

“Bizim Çempionlar Liqası təcrübəmiz burada başa çatdı. Bu qrupdan iki xal ala bildik və hər kəs bəxtimizin gətirmədiyini düşünür.Ümumiyyətlə, Avropada “Qarabağ” və Azərbaycan səsləri eşitdik. Əminəm ki, hamınız bizimlə qürur duydunuz. Stadionlardakı möhtəşəm atmosfer, bizə göstərdiyiniz səmimiyyət, sevgi üçün təşəkkür edirəm. İndi bir Premyer Liqanı düşünürük. Çünki növbəti mövsüm yenidən Çempionlar Liqasında oynamaq haqqında fikirləşirik”.

Qeyd edək ki, Çempionlar Liqasının C qrupunda “Roma”, "Çelsi və “Atletiko” ilə mübarizə aparan “Qarabağ”  2 xalla qrupu sonuncu pillədə başa vurub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı