"Qarabağ" "Səbail"ə qalib gəldi

"Qarabağ" "Səbail"ə qalib gəldi
ÖLKƏ FUTBOLU 8 Dekabr 2017 / 20:52 11810
-  A +

Bu gün Topaz Premyer Liqasında 2017-ci ilin son oyunu keçirilib.

Qol.az xəbər verir ki, IV turdan təxirə salınmış oyunda “Səbail” öz meydanında “Qarabağ”ı qəbul edib və 0:2 hesabı ilə uduzub. 

Qış çempionluğunu ötən turdan təmin edən  “Qarabağ” debütant üzərində qələbə qazanaraq, fasiləyə ən yaxın izləyicisi “Qəbələ”dən 6 xal öndə yollanıb.

Bu komandalar arasında ikinci dövrədə keçirilən görüş Qurban Qurbanovun komandasının 1:0 hesablı qələbəsi ilə tamamlanıb.

Qeyd edək ki, “Səbail” – “Qarabağ” oyunun yekunlaşması ilə Topaz Premyer Liqanda uzunmüddətli – 2 ay 2 günlük fasilə yaranıb. Çempionatda oyunlar bir də 2018-ci ilin fevralın 10-da, 15-ci turun matçları ilə bərpa olunacaq.

Topaz Premyer Liqası

IV turdan təxirə salınmış oyun

8 dekabr

19:00. “Səbail” - “Qarabağ” - 0:2
Qollar:
Pedro Enrike, 57, Dani Kintana, 69-pen
Bayıl Arena



N Klublar O Q H M T-F X
1 Qarabağ 14 12 1 1 25-6 37
2 Qəbələ 14 10 1 3 28-14 31
3 Zirə 14 9 3 2 23-11 30
4 Sumqayıt 14 6 2 6 17-17 20
5 Neftçi 14 5 1 8 17-16 16
6 Səbail 14 4 1 9 9:21 13
7 Keşlə 14 2 2 10 9:24 8
8 Kəpəz 14 2 1 11 10:29 7

Bombardirlər: Baqali Dabo ("Qəbələ) - 9 qol, Mahir Mədətov ("Qarabağ"), 
Riçard Qadze ("Zirə") - 6 qol, Amil Yunanov ("Sumqayıt") - 5 qol

Daha çox


Son xəbərlər