Azərbaycan millisi birinci səbətdə - Millətlər Liqası

Azərbaycan millisi birinci səbətdə -  Millətlər Liqası
ÖLKƏ FUTBOLU 8 Dekabr 2017 / 00:00 8200
-  A +

Millətlər Liqasının püşkatması öncəsi UEFA səbətlərin tərkibini açıqlayıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, D liqasında mübarizə aparacaq
Azərbaycan millisi Makedoniya, Belarus və Gürcüstanla birgə birinci səbətdə yer alıb.

D liqasında bütün səbətlərin tərkibi aşağıdakı kimidir:

1-ci səbət: Azərbaycan, Makedoniya, Belarus, Gürcüstan

2-ci səbət: Ermənistan, Latviya, Farer adaları, Lüksemburq

3-cü səbət: Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta

4-cü səbət: Andorra, Kosovo, San Marino, Cəbəllütariq.


Millətlər Liqasının püşkü yanvarın 24-də Lozannada atılacaq.

Qeyd edək ki, D liqasında qrup qalibi olacaq 4 ölkə 2019-cu ilin iyununda pley-off sistemində çempionluq uğrunda mübarizə aparacaq. Çempion komanda "Avro-2020"nin final mərhələsinə vəsiqə qazanacaq.

Əlavə edək ki, müharibə şəraitində olduğu üçün Azərbaycan və Ermənistan milliləri eyni qrupda yer ala bilməz.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı