2018-də karyerasını bitirir

2018-də karyerasını bitirir
XƏBƏR 7 Dekabr 2017 / 21:37 4371
-  A +

Brazilya millisinin sabiq futbolçusu Ronaldinyo karyerasını bitirir.

Qol.az-ın məlumatına görə, “FourFourTwo” jurnalına danışan 37 yaşlı yarımmüdafiəçi 2018-ci ildə rəsmi olaraq futbolçu karyerasını bitirəcəyini açıqlayıb:

“Gələn il karyeramı başa vuracağımı düşünürəm. Futbolu buraxdıqdan sonra diqqətimi futbol məktəblərimə və musiqiyə ayıracam”.

Qeyd edək ki, karyeası ərzində PSJ, “Barselona” və “Milan” kimi klublarda oynayan “sambaçı” son olaraq 2015-ci ildə “Fluminense” komandasında çıxış edib. Brazilya millisi ilə 2002-ci ildə Dünya Çempionatının qalibi olan ulduz futbolçu 2005-ci ildə “Qızıl top” mükafatına layiq görülüb.


Son xəbərlər