"Neftçi"də yeni məşqçi

"Neftçi"də yeni məşqçi
XƏBƏR 7 Dekabr 2017 / 18:36 5581
-  A +

"Neftçi”də fiziki hazırlıq üzrə yeni məşqçi təyinatı olub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəni ukraynalı Dmitro Qolovko yerinə yetirəcək. 37 yaşlı məşqçi ilə mövsümün sonunadək müqavilə bağlanıb.

Dmitro Qolovko bunadək Ukraynanın "Dinamo” (Kiyev), "Krivbass”, "Karpatı”, "Volın”, "Çernomorets”, Rusiyanın "Volqa” klublarında və 2009-cu ildə gənclər arasında Avropa çempionu olmuş Ukraynanın U-19 milli komandasında çalışıb.


Son xəbərlər