17 yaşlı futbolçu ÇL-in tarixinə düşdü

17 yaşlı futbolçu ÇL-in tarixinə düşdü
XƏBƏR 7 Dekabr 2017 / 18:08 5059
-  A +

"Mançester Siti"nin futbolçusu Fil Foden Çempionlar Liqasının tarixinə düşüb.

Qol.az-ın məlumatına görə, 17 yaşlı müdafiəçinin rekordu ÇL-in qrup mərhələsində "Şaxtyor"la oyunda qeydə alınıb.

2000-ci il təvəllüdlü futbolçu  21-ci əsrdə doğulmuş futbolçular arasında ÇL matçında start heyətində meydana çıxan ilk oyunçu olub. İngiltərəli futbolçu 17 yaş 192 günlüyündə meydana çıxıb.

Qeyd edək ki, daha əvvəl “Yuventus”un üzvü Moyze Kin də ÇL-in oyununa çıxıb. Ancaq o, Fodendən fərqli olaraq meydana start heyətdə yox, sonradan daxil olub.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı