Haynkesin əvəzinə Fonseka?

Haynkesin əvəzinə Fonseka?
XƏBƏR 7 Dekabr 2017 / 17:26 3635
-  A +

"Şaxtyor"un baş məşqçisi Paulu Fonseka "Bavariya"nın baş məşqçisi vəzifəsinə namizədlər sırasındadır.

Qol.az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, Münhen təmsilçisinin idarə heyətinin üzvləri Karl-Hayns Rummeniqqe ve Hasan Salihamidjiç alman klubunun rəhbərlərinə 44 yaşlı mütəxəssisin namizədliyini təklif ediblər.

Buna baxmayaraq, Fonsekanın alman dilini bilməməyinin mümkün müqaviləyə mane ola biləcəyi qeyd olunub. Çünki "Bavariya"nın sahibləri üçün bu meyarın önəmli olduğu vurğulanıb.

Qeyd edək ki, "Bavariya"nın hazırkı baş məşqçisi Yupp Haynkesin müqaviləsi mövsümün sonunda başa çatır.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı