"Vaqif bir həftədir məşqə gəlmir"

"Vaqif bir həftədir məşqə gəlmir"
XƏBƏR 7 Dekabr 2017 / 13:56 7006
-  A +

Bir müddətdir  “Keşlə”nin düşərgəsində məşq edən Vaqif Cavadovun bu komandaya keçidi baş tutmaya bilər.

Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovun Qol.az-a verdiyi məlumata görə, futbolçu artıq məşqlərə qatılmır:

“Biz Vaqifin xidmətində maraqlıydıq. Fasilədə onunla müqavilə bağlamaq istəyirdik. Ancaq 1 həftədir məşqlərə qatılmır. Deyirlər ki, işi var. Ona görə gəlmir”.

Qeyd edək ki, Cavadovun son klubu hazırda “Şüvəlan” adlanan AZAL olub. Bu komandadan ayrıldıqdan sonra klubsuz qalan Vaqif “Keşlə”nin düşərgəsində məşq edirdi. Başqa kluba keçmək variantı olan hücumçunun məhz bu səbəbdən artıq məşqlərə qatılmadığı bildirilir.


Son xəbərlər