Baş məşqçi "Zorro" geyimində - Şəkillər

Baş məşqçi "Zorro" geyimində - Şəkillər
XƏBƏR 7 Dekabr 2017 / 09:45 4760
-  A +

"Şaxtyor"un (Donetsk) baş məşqçisi Paulu Fonseka Çempionlar Liqasının sonuncu turunda "Mançester Siti" üzərində qələbədən sonra (2:1) mətbuat konfransına məşhur film qəhrəmanı "Zorro"nun geyimində qatılıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, verdiyi sözü tutmaq üçün bu addımı adıb.

 Fonseka  ÇL-də qrupdan çıxacaqları təqdirdə, media nümayəndələrinin önünə “Zorro”  geyimində çıxacağına dair söz verib. Komandası bu nəticəyə nail olduğundan, 44 yaşlı mütəxəssis verdiyi sözə əməl edib.
 
Qeyd edək ki, "Şaxtyor" F qrupunu 12 xalla 2-ci pillədə tamamlayıb.










Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər