"Barselona" bizimlə düşməyi istəməz" - Tibo Kurtua

"Barselona" bizimlə düşməyi istəməz" - <b style="color:red">Tibo Kurtua</b>
XƏBƏR 6 Dekabr 2017 / 19:51 3822
-  A +

"Çelsi"nin qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 1/8 finalında qarşılaşacaqları mümkün rəqibləri haqda danışıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, bununla bağlı bildirib: "Bir neçə ingilis klubu qrup birincisi olduğu üçün onlarla qarşılaşa bilmərik. "Barselona", PSJ və "Beşiktaş"la düşə bilərik. Amma əminəm ki, "Barselona" bizimlə düşməyi istəməz. Yaxşı komadayıq. Çempionlar Liqasında yaxşı mövsüm keçirməyə çalışacağıq".

Qeyd edək ki, ÇL- 1/8 finala yüksələn 16 komandadan 12-si artıq məlumdur.

 

Daha çox


Son xəbərlər