"Kəpəz"də daha bir itki

"Kəpəz"də daha bir itki
XƏBƏR 6 Dekabr 2017 / 17:10 1504
-  A +

Azərbaycan Kubokunun 1/4 final mərhələsində  “Keşlə” ilə qarşılaşacaq “Kəpəz” tam heyətlə məşq edə bilmir.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın yarımmüdafiəçisi Məhəmməd Qurbanov zədədən əziyyət çəkir.

Bir müddətdir ki, diz qapağında ağrıları olan Qurbanov müalicə olunur. “Qəbələ”yə qarşı matçda sıradan çıxan orta xətt oyunçusu tədricən sağalsa da, məşqlərin birində zədəsini təzələyib.

Xatırladaq ki, “Kəpəz”in heyətində daha iki futbolçu zədəlidir. Viktor Oseqeyl və Fərid Məmmədov komandaya kömək edə bilmir.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı