"Azərbaycan millisi yaxşı oyun nümayiş etdirdi”

"Azərbaycan millisi yaxşı oyun nümayiş etdirdi”
XƏBƏR 6 Dekabr 2017 / 15:01 1900
-  A +

“Çox ağır qarşılaşma oldu. Azərbaycan millisi yaxşı oyun nümayiş etdirdi”.

Qol.az-ın məlumatına görə, bu sözləri futzal üzrə Qazaxıstan millisinin baş məşqçisi Kakau İranın İsfahan şəhərində təşkil olunan futzal üzrə “4 Top Nations” beynəlxalq turnirində yığmamızla heç-heçə etdikləri oyundan (3:3) sonra deyib.

Braziliyalı mütəxəssis komandamız və baş məşqçi Alesio haqda müsbət fikirlər səsləndirib: “Rəqibin vurduğu hər üç qol onların baş məşqçisinin beyninin məhsulu idi. Bunu dostum olduğuna görə demirəm. Həqiqətən də yüksək səviyyəli ölkə çempionatı olmamasına baxmayaraq, Alesio güclü komanda formalaşdırıb. Nəticəni də normal hesab edirəm. Azərbaycan millisini gözəl oyun münasibəti ilə təbrik edirəm. Oyunun erkən saatlarda başlaması isə hər iki komanda üçün çətinlik yaratdı. Turnirin davamlı olmasını arzulayıram. Gələn il bu yarışa Qazaxıstan evsahibliyi edəcək. Yenə bu dörd komandanın iştirakını istərdim”.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi