“Mlada Boleslav”dan Kamran açıqlaması

“Mlada Boleslav”dan Kamran açıqlaması
XƏBƏR 6 Dekabr 2017 / 14:33 5623
-  A +

Çexiyanın “Mlada Boleslav” klubu millimizin qapıçısı Kamran Ağayevlə yollarını ayırdığını rəsmən açıqlayıb.

Qol.az-ın məlumatına görə, klubun rəsmi saytında yayılan xəbərdə noyabrın 30-da Ağayevin müqaviləsinə xitam verildiyi bildirilib.

Kamranın istənilən oyunu sərgiləyə bilmədiyi üçün komandadan göndərildiyi vurğulanıb.

Qeyd edək ki, 35 yaşlı qolkiperin "Mlada Boleslav"la mövsümün sonuna qədər müqaviləsi var idi.

Əlavə edək ki, bu ilin iyul ayından Çexiya klubunda çıxış edən Ağayev 5 çempionat, 2 kubok matçına çıxıb.

Son xəbərlər