"Azərbaycanı layiqincə təmsil etdik" - Qara Qarayev

"Azərbaycanı layiqincə təmsil etdik" - Qara Qarayev
ÖLKƏ FUTBOLU 6 Dekabr 2017 / 11:32 2611
-  A +

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Çempionlar Liqasının qrup mərhələsində “Roma”ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Əslində oyunun gərgin keçəcəyini gözləyirdik. Çünki Londondakı matçın taleyini bu görüşün nəticəsi təyin edəcəkdi. Birinci hissədə lazımı səviyyədə müdafiə oluna bildik. Amma “Roma”nın ikinci hissənin ilk 15 dəqiqəsindəki təzyiqinə dözə bilmədik. Bizim üçün vacib olan rəqibin təzyiqinin qarşısını almaq idi. İkinci hissədə bunu edə bilmədik. Ani bir epizodda qapımızda top gördük. Qoldan sonra da öz oyunumuzu göstərməyə çalışdıq. Ancaq səfərdə “Roma” kimi komnadaya qarşı oynamaq asan deyildi. Əlimizdən gələni etdik. Məncə, Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil etdik. Növbəti illərdə də bu cür səviyyəli turnirə qatılmağa çalışacağıq. Karyeramızı bitirənə qədər hər ilÇempionlar Liqasına vəsiqə qazansaq, əla olar. İlk dəfə oynadıq, həqiqətən ləzzət aldıq.

- Futbolçu üçün hansı daha üzücüdür? Böyükhesablı məğlubiyyət, yoxsa rəqiblə başabaş oynayıb uduzmaq?

- Əlbəttə ki, böyükhesablı məğlubiyyət. Bir də prinsip söhbəti var. Bu görüş bizim üçün elə də əhəmiyyət daşımırdı.


- Heyətdə, xüsusilə də müdafiə xəttində ciddi itkilər var idi. Onların əvəzinə meydana çıxan futbolçuların çıxışını necə qiymətləndirirsən?

- Fərdi heç kimi qeyd etmək istəmirəm. Ümumi olaraq deyim ki, Şehiçdən tutmuş Ndlovuya kimi hamı vəzifəsindən öhdəsindən gəlməyə çalışdı. Ən azından 70-80 faiz bacardıq. İndi daha çox əmin oluram, Çempionlar Liqasında ehtiyat oyunçular skamyası daha zəngin olmalıdır. Çünki bu cür turnirdə itkiləri düşünmək ciddi problemlər yaradır. İnanıram ki, qarşıdakı illərdə daha çox futbolçumuz olacaq və belə problemləri yaşamayacağıq.


- Oyundan sonra rəqib futbolçu ilə formanı dəyişdirdin. Niyə məhz De Rossi?

- Dünya və Avropa çempionatlarında oynayıb. Bu futbolçuya gözümüş öyrəşib.


- Qaranın De Rossiyə çatması üçün nə qədər vaxt lazımdır? Yoxsa artıq gecdir?

- Özümü De Rossi ilə müqayisə etmirəm. Amma yuxarı səviyyəyə çıxmaq üçün mənə bir şans lazımdır. Həmin şans olandan sonra bu suala cavab verə bilərəm.

Daha çox


Son xəbərlər