"Qarabağ”ın bizə çətinlik yaradacağını bilirdik" - De Rossi

"Qarabağ”ın bizə çətinlik yaradacağını bilirdik" - <b style="color:red">De Rossi</b>
GÜNDƏM 6 Dekabr 2017 / 11:10 3129
-  A +

"Qarabağ”ın bizə çətinlik yaradacağını bilirdik. Amma yekunda istədiyimiz nəticəyə nail olduq".

Qol.az-ın məlumatına görə,  bu sözləri “Roma”nın kapitanı Daniele De Rossi Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına dedyib.

34 yaşlı yarımmüdafiəçi bildirib ki, bəlkə də bu matçda heç-heçənin uzun müddət davam edəcəyini heç kim gözləmirdi: "Roma"nın Avropadakı adı bizim üçün önəmlidir. Xoşbəxtik. Avropa turnirlərində bəzən zərbələr aldıq. Bu cür çətin qrupu ilk pillədə bitirmək xoşdur”.
 
De Rossi əldə etdikləri uğurlarda baş məşqçiləri Di Françesko böyük rol oynadığını söyləyib : “Di Françesko hamını təəccübləndirdi. Gələn kimi, komandanı Avropada yeni səviyyəyə çatdırdı. Di Françesko bizi rəqibin kimliyindən asılı olmayaraq, aqressiv oyun göstərməyə alışdırdı”.

 

Daha çox


Son xəbərlər
17.10.18  21:15

Mane əməliyyat olundu

17.10.18  20:30

Venger qayıdır

17.10.18  18:33

Mourinyo cəzalandı