"Asan oyun olmadı" - Dieqo Perotti

"Asan oyun olmadı" - Dieqo Perotti
GÜNDƏM 6 Dekabr 2017 / 10:46 3270
-  A +

"Bizim üçün gözəl bir andır. Heç kim bizə inanmırdı. Biz isə çox çalışdıq və qrupu birinci pillədə tamamlamaq üçün çox məşq etdik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Roma"nın futbolçusu Dieqo Perotti Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.

Komandasının yeganə qolunun müəllifi olan 29 yaşlı hücumçu Ağdam klubunun matç ərzində boşluqları bağladığını bildirib: " Rəqib öz oyununu oynayırdı. Biz isə öz məqamımızı gözləyirdik. Bu cür oyunlar çox təhlükəli olur. Asan matç olmadı. Biz birlikdə çalışdıq və qalib gəldik. İndi bu andan həzz almalıyıq”.

Qeyd edək ki, "Roma" ÇL-də C qrupunu 1-ci pillədə başa vurub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın