“Belə şeylər mənə maraqlı deyil” - Əfran İsmayılov

“Belə şeylər mənə maraqlı deyil” -  Əfran İsmayılov
GÜNDƏM 6 Dekabr 2017 / 03:56 6603
-  A +

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Roma”ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.


- Bizim itiriləsi bir şeyimiz yox idi. Amma “Roma” üçün vacib oyun idi. Matça ciddi hazırlaşmışdıq. Çempionlar Liqasında son oyunumuz olduğundan yaxşı nəticə qazanmaq istəyirdik. Uduzmağımıza baxmayaraq, pis mübarizə aparmadıq. Amma “Roma” “Roma”dır. Elə futbolçular var ki, hər bir şansdan maksimum yararlanırlar. Bu gün onlar da ən xırda imkandan istifadə edib, qol vurdular.Ümumi götürsək, yaxşı oyun alındı. Artıq bunu unutmaq lazımdır. Çempionlar Liqası bitdi. Yenidən Premyer Liqada çempion olub, bu turnirin qrup mərhələsinə düşmək lazımdır.

- Ümumiyyətlə, ilk dəfə mübarizə apardığınız turnirdəki çıxışınızı necə dəyərləndirirsən?

- Yaxşı hesab etmək olar. Dünyanın top komandalarını Bakıya gətirdik. Həqiqətən Azərbaycan futbolu üçün böyük bir şeydir. “Atletiko”dan 2 xal götürdük. Ümumiyyətlə, hər bir komandadan xal almaq istəyirdik. Sadəcə, bəzi şanssızlıqlarımız oldu. Bununla belə, Çempionlar Liqasına alışmağa başlayırıq. “Roma” ilə hər iki matçda yaxşı oyun sərgilədik. Sadəcə, əllərinə düşən imkanlardan yaxşı istifadə etdilər və qələbə qazandılar.

- Qırmızı vərəqələr və zədələr olmasaydı, “Qarabağ”ı fərqli yerdə görə bilərdikmi?

- Heyətlə bağlı preoblemlərimiz oldu. Buna baxmayaraq, baş məşqçi hər dəfə meydana ideal heyəti buraxmağa çalışırdı. Bunu da bacarırdı. Gördüyünüz kimi, komanda heç bir oyunda pis təsir bağışlamadı. Əsas odur ki, itkilərə baxmayaraq, istədiyimiz oyunu göstərdik.

- Çempionlar Liqasında son oyununuz idi. Rəqib komandadan hansı futbolçu ilə formanı dəyişdirdin?

- Heç kimlə.

- Niyə? Özün istəmədin?

- Belə şeylər mənə maraqlı deyil. Ona görə forma dəyişmirəm. Xorvatiya ilə oyundakı formaları Prosineçki vermişdi, mən götürməmişdim.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord