"Ardanın "Barselona"da qalmasını istəyirəm" - prezident

"Ardanın "Barselona"da qalmasını istəyirəm" - prezident
DÜNYA FUTBOLU 5 Dekabr 2017 / 11:41 4856
-  A +

"Barselona"nın prezidenti Josep Mariya Bartomeu komandanın futbolçusu Arda Turan haqda açıqlama verib.

Qol.az-ın "Fanatik"ə istinadən yaydığı xəbərə görə, o, türk yarımmüdafiəçinin Kataloniya klubu üçün önəmli futbolçu olduğunu deyib: "Sözün düzü, mən onun futbolçu karyerasını "Barselona"da davam etdirməsini istəyirəm. Arda zədəli idi, amma indi yaxşı durumdadır. Tam olaraq hazır olduqdan sonra meydanda nələr edə biləcəyini görəcəyik".

Klub prezidenti Arda üçün hər hansı klubdan rəsmi təklif almadıqlarını da bildirib: "Ardanın gələcəyi öz əlindədir. Hər şey ondan asılıdır. Komandada qalıb-qalmayacağı ilə bağlı qərarı özü verəcək".

Qeyd edək ki, bu mövsüm heç bir rəsmi matçda iştirak etməyən A.Turanın bu qış "Barselona"dan ayrılacağı gözlənilir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı