"Qarabağ"la oyun derbilərdən fərqlənmir" - De Rossi

"Qarabağ"la oyun derbilərdən fərqlənmir" - De Rossi
GÜNDƏM 4 Dekabr 2017 / 20:35 4604
-  A +

"Qarabağ”la oyuna bütün vacib matçlara olduğu kimi hazırlaşırıq. Bu, derbilərdən - "Yuventus",  "Milan"a qarşı görüşlərdən heç nə ilə fərqlənmir".
 
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Roma"nın futbolçusu Daniele De Rossi Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Taktiki cəhətdən yaxşı oynamılıyıq. Qalib gəlməliyik. Bu mövsüm bütün matçlara belə yanaşmışıq və bu, bizdə özünəinam hissi yaradıb" - deyə o bildirib.
 

De Rossi söyləyib ki, heç vaxt ÇL-də belə güclü rəqiblərlə qarşılaşmayıblar: "Biz dəfələrlə qrup mərhələsini keçmişik. Amma heç vaxt belə güclü rəqiblərlə qarşılaşmamışıq. "Qarabağ" "Atletiko"dan xallar almağı bacarıb, "Çelsi"yə əməlli-başlı problem yaradıb. İlk növbədə, diqqətimizi bu mərhələni keçməyə yönəldək. Bundan sonra Çempionlar Liqasında mənim üçün ən gözəl gecələrdən birini yaşayaq".
 
Qeyd edək ki, "Roma" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Daha çox


Son xəbərlər