"Nə lazımdırsa, Nizami ilə Mirhüseyndən soruşun" - Ramiz Məmmədov

"Nə lazımdırsa, Nizami ilə Mirhüseyndən soruşun" -  Ramiz Məmmədov
GÜNDƏM 3 Dekabr 2017 / 19:10 5162
-  A +

"Məlum səbəblərə görə oyunu iki hissəyə bölmüşdük. Tapşırıqları çatdırmışdıq. Bilirsiniz ki, oyunçuların bəziləri əvəzedici heyətdən gəlib. Verdiyim tapşırığı futbolçular layiqincə yerinə yetirdilər. Ümumilikdə, birinci hissədə müdafiə xarakterli oyun var idi. İkinci hissədə əksinə olaraq hücum oynayıb, əks hücumlara ümid edirdik. Deyə bilərəm ki, oyundan razı, nəticədən narazı qaldım".

Qol.az-ın məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqanın 14-cü turunda “Qəbələ”yə uduzduqları oyundan (0:3) sonra keçirdiyi mətbuat konfransında deyib.

- Bugünkü görüşdə şübhəli oyunçular varmı?

- Xeyr, futbolçularım yaxşı oynadı. Savaş və əzmkarlıq var idi. Sadəcə olaraq təcrübəsizlik var idi. Bu komandanı söküb yenidən yığmaq lazımdır. Ən azı 6-7 oyunçu lazımdır.

- Əsas ümidiniz Azərbaycan kubokunadır?

- Bizdə əzmkarlıq yavaş-yavaş yaranır. Sona qədər mübarizə aparacağıq. İkinci dövrədən sonra rəqiblər üçün asan keçilən sədd olmayacağıq. Nə qədər bacaracağıqsa, irəli gedəcəyik.


- Mirhüseyn Seydov və Nizami Hacıyevin 6 oyunda danışılmış oyun şübhəsi var idi. Bu doğrudur?

- Bu söhbətə qayıtmaq istəmirəm. Lazım olan qədər açıqlamar var. Nə lazımdırsa, həmin oyunçulardan
soruşun.

- Fuad Bayramovun da adı bu məsələdə hallanırdı...

- Əgər Fuad bu gün yanımızdadısa, zədələnməyənə qədər əvəzləmədimsə, deməli, onunla bağlı problem yoxdu.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi