"Qarabağ" "Neftçi"yə qalib gəldi

"Qarabağ" "Neftçi"yə qalib gəldi
PREMYER LİQA 1 Dekabr 2017 / 20:23 16470
-  A +

Bu gün Topaz Premyer Liqasında II dövrənin, eləcə də 2017-ci ilin son turu start götürüb.

Qol.az-ın məlumatına görə, 14-cü turun oyunları 3 günü əhatə edəcək.

Açılış oyununda “Qarabağ” öz meydanında “Neftçi” ilə üz-üzə gəlib və minimal hesabla qalib gəlib - 1:0. Bu qələbə ilə xalını 34-ə yüksəldən Ağdam klubu qış fasiləsinə lider olaraq yollanıb.


Qeyd edək ki, turun digər oyunları şənbə və bazar keçiriləcək.

Topaz Premyer Liqa

XIV tur

1 dekabr (cümə)

18:30.“Qarabağ” - “Neftçi” - 1:0
Qol:
Maksim Medvedev, 25
“Azersun Arena”

2 dekabr (şənbə)

14:00. “Kəpəz” - “Sumqayıt”
Gəncə şəhər stadionu

3 dekabr (bazar)

16:00. “Qəbələ” - “Keşlə”
Qəbələ şəhər stadionu

18:30. “Səbail” - “Zirə”
“Bayıl Arena”



N Klublar O Q H M T-F X
1 Qarabağ 13 11 1 1 23-6 34
2 Qəbələ 13 9 1 3 25-14 28
3 Zirə 13 8 3 2 22-11 27
4 Sumqayıt 13 5 2 6 14-17 17
5 Neftçi 14 5 1 8 17-16 16
6 Səbail 12 4 1 7 9:18 13
7 Keşlə 13 2 2 9 9:21 8
8 Kəpəz 13 2 1 1 10:27 7

Bombardirlər

Baqali Dabo ("Qəbələ) - 8 qol
Mahir Mədətov ("Qarabağ") - 6 qol
Riçard Qadze ("Zirə") - 6 qol
Amil Yunanov ("Sumqayıt") - 5 qol

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord