"Arsenal"ın hücumçusu "MY" ilə oyunu buraxacaq

"Arsenal"ın hücumçusu "MY" ilə oyunu buraxacaq
DÜNYA FUTBOLU 30 Noyabr 2017 / 14:07 2711
-  A +

"Arsenal"ın futbolçusu Aleksandr Lyakazett İngiltərə Premyer Liqasının 15-ci turunda "Mançester Yunayted"lə oyunu buraxacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə London klubunun baş məşqçisi Arsen Venger məlumat verib. O deyib ki, 26 yaşlı hücumçu ölkə çempionatında "Haddersfil"dən matçda zədələnib: "Buna görə də "Mançester Yunayted"lə görüşü dəqiq buraxacaq".

Qeyd edək ki, "Arsenal" - "Mançester Yunayted" oyunu dekabrın 2-i keçiriləcək.

Əlavə edək ki, A.Lyakazett bu mövsüm Premyer Liqada 14 matçda 7 qol vurub, 1 qolun ötürməsini verib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord