"Çelsi" hücumçu alır

"Çelsi" hücumçu alır
DÜNYA FUTBOLU 28 Noyabr 2017 / 11:32 4310
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" qışda heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubu "Borussiya"nın hücumçusu Pyer-Emerik Obameyanqla maraqlanır. Komandanın baş məşqçsi Antonio Konte transfer siyahısına qabonlu oyunçunu daxil edib.

Dortmund təmsilçinin 28  yaşlı futbolçunu 60 milyon avroya satmağa hazır olduğu bildirilib.

Qeyd edək ki, Obameyanq bu mövsüm 12 matçda 11 qol vurub, 2 qolun ötüməsini verib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın