13 oyundur uduzmurlar – “Atletiko”dan rekord

13 oyundur uduzmurlar – “Atletiko”dan rekord
DÜNYA FUTBOLU 26 Noyabr 2017 / 14:03 4553
-  A +

La Liqanın dünən keçirilən 13-cü turunda səfərdə “Levante”yə 5:0 hesabı ilə qalib gələn “Atletiko” öz tarixində yeni rekord müəyyənləşdirib

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Dieqo Simeonenin komandası daxili çempionatda məğlubiyyətsiz oyunlar seriyasını 13-ə çatdırıb. Hazırda madridlilərin ehtiyatında 7 qələbə və 6 heç-heçə var.

Bundan öncə “Atletiko”nun rekordu 1995/96-cı il mövsümünə təsadüf edir. Həmin vaxt dalbadal 12 oyunda uduzmayan komanda yekunda İspaniya çempionluğu və kubokunu qazanmaqla qızıl dubl edib.

Əlavə edək ki, hazırda “Atletiko” 27 xalla 3-cü yeri tutur.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın