“PSJ-yə 4:0 hesabı ilə qalib gəlməyimiz mümkündür

“PSJ-yə 4:0 hesabı ilə qalib gəlməyimiz mümkündür
XƏBƏR 24 Noyabr 2017 / 01:20 4438
-  A +

“Bavariya”nın hücumçusu Robert Levandovski komandasının Çempionlar Liqasının qrup mərhələsində vəziyyəti barədə danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, polşalı forvard son tur PSJ üzərində böyükhesablı qələbə qazana biləcəklərini deyib:

“Hər zaman birinci yeri tutmaq üçün çalışmaq lazımdır. Təbii ki, bunun üçün şans varsa. Biz PSJ-yə 4:0 hesabı ilə qalib gəlməliyik. Bu, mümkündür.

Təbii ki, lazımi nəticəni qazanmaq çox çətin olacaq. Amma Münhendə, “Alyans Arena”da hər şey mümkündür”.

Qeyd edək ki, “Bavariya” hazırda 3 xal geri qaldığı PSJ-yə səfərdə 0:3 hesabı ilə uduzub. Bu səbəbdən də Münhen klubu qrup qalibi olmaq üçün Fransa təmsilçisini 4 top fərqi ilə üstələməlidir.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın