Putin DÇ-2018-in püşkatma mərasiminə qatılacaq?

Putin DÇ-2018-in püşkatma mərasiminə qatılacaq?
XƏBƏR 24 Noyabr 2017 / 00:00 2740
-  A +

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Dünya çempionatı 2018-in püşkatma mərasiminə qatıla bilər.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu haqda Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib:

“Biz bu variantı istisna etmirik. Təbii ki, bunun üçün prezidentin vaxtı olmalıdır. Dünya çempionatına hazırlıq tam sürətlə davam edir. Həm texniki, həm də infrastruktur baxımından. Yarış möhtəşəm olmalıdır”.

Qeyd edək ki, DÇ-2018-in püşkatma mərasimi dekabrın 1-i Kreml sarayında təşkil olunacaq.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın