"Roma”nın “Qarabağ”la oyunda xal itirməsini gözləməliyik" -Simeone

"Roma”nın “Qarabağ”la oyunda xal itirməsini gözləməliyik" -Simeone
GÜNDƏM 23 Noyabr 2017 / 14:28 4856
-  A +

"Bizim üçün əhəmiyyətli oyun idi. Qarşılaşma ərzində fəal idik. Vacib qələbə qazandıq. Bunun sayəsində növbəti mərhələyə adlamaq şansımız qalmaqdadır”.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Roma"ya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, bu matçın Romadakı ilk qarşılaşmadan elə də fərqlənmədiyini bildirib: "Sadəcə  bu dəfə istədiklərimizi reallaşdırdıq. Qrizmann və Qameyro əlinə düşən imkanlardan istifadə etdilər. Qələbə bizə lazım idi və bunu bacardıq".

 
Argentinalı mütəxəssis bildirib ki, sonuncu turda keçiriləcək “Roma” – “Qarabağ” görüşünün nəticəsi  onlar üçün önəmli olacaq: " İndi Londonda qalib gəlməli və “Roma”nın “Qarabağ”la görüşdə xal itirməsini gözləməliyik. Başqa variantımız yoxdur”.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"