“Qarabağ" çox yaxşı oynadı” – Elmar Məmmədyarov

“Qarabağ" çox yaxşı oynadı” – Elmar Məmmədyarov
XƏBƏR 23 Noyabr 2017 / 13:46 2634
-  A +

“Qarabağ” çox yaxşı oynadı. Mən komandamızın oyunundan razıyam. Təəssüf ki, hakim haqsızlıq etdi. Rəşad Sadıqova göstərilən qırmızı vərəqəni doğru hesab etmirəm”.

Qol.az-ın məlumatına görə,  bu sözləri Azərbaycanın xarici işlər naziri, AFFA İcraiyyə Komitəsinin üzvü  Elmar Məmmədyarov Çempionlar Liqasının qrup mərhələsinin "Qarabağ" - "Çelsi" oyunu (0:4) haqda fikirlərini jurnalistlərə bildirərkən deyib.

20-ci dəqiqənin oyunun qırılma nöqtəsi olduğunu söyləyən nazir onu da qeyd edib ki, “Qarabağ”ın futbolçularına ardıcıl 3 matça verilən qırmızı vərəqə məqsədli şəkildə deyil: “Deməzdim ki, “Qarabağ”ın futbolçularına məqsədli şəkildə qırmızı vərəqə verilir. Ardıcıl 3 oyunda verilən qırmızı vərəqə bizi də məcbur edir ki, məsələyə diqqətlə yanaşaq”.

E.Məmmədyarovun sözlərinə görə, “Qarabağ”ın Çempionlar Liqasında iştirakı Azərbaycanın xarici siyasətinə böyük təkandır: “Hər tərəfdə “Qarabağ”ın oyunu işıqlandırılır. Bu da bizim üçün böyük dəstəkdir. Fikrimcə, “Qarabağ”ın oyunu Azərbaycan futbolunun inkişafda olduğunu göstərir”.
.


Son xəbərlər