"Qarabağ" qol vursaydı, bəlkə də hər şey fərqli olacaqdı" - Eden Hazard

"Qarabağ" qol vursaydı, bəlkə də hər şey fərqli olacaqdı" - Eden Hazard
GÜNDƏM 23 Noyabr 2017 / 09:40 5137
-  A +

"Oyunun əvvəllərində rəqibə az qala fərqlənmək imkanı verdik. Bundan sonra yaxşı oynadıq. Əgər həmin epizodda rəqib qol vursaydı, bəlkə də hər şey fərqli olacaqdı. Daha çox qol vurmalı idik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Çelsi"nin futbolçusu Eden Hazard Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra "BT Sport 2"yə deyib.
 
Belçikalı yarımmüdafiəçi bildirib ki, bu cür yaxşı futbolçularla oynamaq asandır: " Şənbə günü "Liverpul"la böyük oyunumuz var. Buna görə kiçik istirahət etməliyik. Qarşıdakı oyuna hazırıq".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord