"Qarabağ"ın Avroliqa şansı bitdi

"Qarabağ"ın Avroliqa şansı bitdi
GÜNDƏM 23 Noyabr 2017 / 01:50 4202
-  A +

Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”yə uduzaraq 1/8 finala çıxmaq şansını itirən “Qarabağ”ın Avroliqa şansı da qalmayıb.

Qol.az-ın məlumatına görə, bunu “Qarabağ”ın yer aldığı C qrupunda keçirilən “Atletiko” – “Roma” oyununun nəticəsi müəyyənləşdirib. Madriddə keçirilən görüşdə İspaniya təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Bu isə o deməkdir ki, son turun nəticəsindən asılı olmayaraq “Qarabağ” qrup sonuncusu olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində ilk iki yeri tutanlar 1/8 finala, 3-cü yeri tutanlar isə Avroliqanın 1/16 finalına vəsiqə qazanır.

Çelsi

5

3

1

1

15:7

10

Roma

5

2

2

1

8:6

8

Atletiko

5

1

3

1

4:3

6

Qarabağ

5

0

2

3

2:13

2

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq