“Qarabağ” 10 nəfərlə də yaxşı oynadı" - Antonio Konte

 “Qarabağ” 10 nəfərlə də yaxşı oynadı" - Antonio Konte
ÖLKƏ FUTBOLU 22 Noyabr 2017 / 23:40 7501
-  A +

"Çelsi"nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
- Qırmızı vərəqə və penaltilər oyunun marağını pozmadımı? “Çelsi”nin “Qarabağ” üzərində qələbə üçün hakim köməyinə ehtiyac var idi?

- Açığı, mənim üçün çətindir. Dəqiq görmədim. Fikrimcə, hakim düzgün iş görməli və qərəzsiz olmalıdır.
 
- Mərhələ adlamaqla bağlı düşüncələriniz necədir?

- Bəli, bunu bacardıq. İlk hədəfimiz bu idi. “Atletiko” ilə oyunu həlledici matç etmədik. “Qarabağ” “Atletiko” ilə oyunlarda xal almışdı. Həmçinin, “Roma”ya başağrısı olmuşdu. Bu qələbə məni məmnun etdi.
 
- Villianın oyunu sizi razı saldı?

- Daha çox komanda haqda danışmağı xoşlayıram. Bütün futbolçular özlərini müsbət tərəfdən göstərdi. Villianın 2 qol vurdu. Bu, onda inam yaratmalıdır. Villian belə də davam etməlidir.
 
- Təyyarədə yatacaqsınız, yoxsa “Liverpul”la oyunu düşünəcəksiniz?

- Uçuş zamanı bunu düşünəcəm. Hazırlıqlar üçün cəmi 1 günümüz qalacaq. Artıq növbəti matçı fikirləşirik.
 
- “Qarabağ” azarkeşlərinin hazırladığı xoreoqrafiyadan nə anladınız?

- Futbolçuların belə atmosferdə oynaması xoşdur. Futbol Azərbaycanda inkişaf edir. Azarkeşlərə təşəkkür etmək lazımdır.  Öz fanatlarımıza da minnətdaram ki, uzun yol qət edərək bizi dəstəkləməyə gəldilər.
 
- İlk matçla müqayisədə “Qarabağ”ın oyununda fərqli nə gördünüz? Ağdam təmsilçisi sizi təəccübləndirdimi?

- İlk oyunda “Qarabağ” təşkilatnmış şəkildə idi. Əla məşqçisi və oyunçuları var. Bu gün “Qarabağ” 10 nəfərlə də yaxşı oynadı. Qurban Qurbanovu və futbolçularını bu oyun münasibətilə təbrik edirəm.

Daha çox


Son xəbərlər