"Dedanın "Qarabağ"ın əsas komandasında oynayıb-oynamayacağını bilmirəm"

"Dedanın "Qarabağ"ın əsas komandasında oynayıb-oynamayacağını bilmirəm"
GÜNDƏM 22 Noyabr 2017 / 18:24 6600
-  A +

"İlk hissəni planlaşdırdığımız kimi keçirdik. İkinci hissədə rəqib önə keçəndə oyun sistemini dəyişdik. Bu, planımızda deyildi. Qol epizodlarımız oldu. Nəticə bizi razı salmasa da, yaxşı oyun sərgilədik. Ancaq daha yaxşı nəticə gözləyirdik. Ən azı uduzmamağı gözləyirdik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın U-19 komandasını UEFA Gənclər Liqasının 5-ci turunda Bakıda "Çelsi" ilə keçirilən oyunda (1:3) meydana çıxaraq Aftandil Hacıyev deyib.

O, rəqibin penaltidən hesabı bərabərləşdirməsindən sonra komandasının ruhdan düşdüyünü bildirib: "İstəməzdik belə olsun. Penlatidən sonra komanda "sındı". Qapıçılar qurtarışlar edəndə necə yadda qalırsa, səhvləri də eyni olur. Amma gəncdirlər, bu cür səhvləri keçmək olur. Bunu unutmaq lazımdır. Böyük futbola qədəm qoymaq istəyirlərsə, uşaq səhvlərini təkrar etməməlidirlər".

A.Hacıyev Gənclər Liqasında 3-cü qolunu vuran Yaroslav Dedanın "Qarabağ"ın əsas komandasına cəlb olunmaq ehtimalından da danışıb: "Bəli, 3-cü qolu vurdu. Amma onun əsas komandada oynayıb-oynamayacağını bilmirəm. Əsas komandanın da məşqçilər var və bizi izləyirlər. Bu matçda Deda seçilənlərdən idi. Bəzi epizodlarda dəqiqliyi çatmadı. Dedadan narazı deyilik".

A.Hacıyev son turda "Roma" ilə  keçiriləcək oyunla bağlı da fikir bildirib: "Hər oyun bizim üçün təcrübədir. "Roma" ilə matçda belə olacaq. İlk dəfədir ki, bu turnirdə çıxış edirik. Hər oyunda maksimum nəticə üçün çalışırq "Roma" ilə də layiqli oyun nümayiş etdirməyə çalışacağıq. Bu oyunda yaxşı əks-hücumlarımız oldu. Ümid edirəm ki, Roma səfərində də belə olacaq".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı