İbrahim Şehiçə ağır cəza

İbrahim Şehiçə ağır cəza
GÜNDƏM 22 Noyabr 2017 / 13:01 7107
-  A +

AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu İbrahim Şehiçi cəzalandırıb.

Qol.az-ın PFL-in saytına istinadən xəbər verir ki, o, Topaz Premyer Liqanın 12-ci turunda "Sumqayıt"a qarşı matçda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

Qeyd edək ki, həmin matçın 30-cu dəqiqəsində Şehiç rəqibi əli ilə vurub. Bu səbəbdən baş hakim İnqilab Məmmədov bosniyalı qapıçıya birbaşa qırmızı vərəqə göstərib.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı