“Onların hələ “Qarabağ”la oyunları var” - Simeone

“Onların hələ “Qarabağ”la oyunları var” -  Simeone
GÜNDƏM 22 Noyabr 2017 / 11:50 5215
-  A +

“Sentyabrdakı qarşılaşmamızdan sonra “Roma” nəzərəçarpacaq dərəcədə “artırıb”. İndi onlar özlərinə daha çox inanırlar və bu, qazandıqları nəticələrdə də özünü göstərir”.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib. Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Vanda Metropolitano”da “Roma”nı qəbul edəcək Madrid klubunun çalışdırıcısı oyunla bağlı fikirlərini açıqlayıb:

“Yalnız öz oyunumuz haqda düşünməliyik. Bizə ancaq qələbə lazımdır. “Roma” meydanda daha sakit oynayacaq. Çünki bu görüşün nəticəsindən asılı olmayaraq, onların hələ “Qarabağ”a qarşı oyunları var”.

Qeyd edək ki, "Qarabağ"ın da yer aldığı C qrupunda keçiriləcək “Atletiko” – “Roma” oyunu Bakı vaxtı ilə 23:45-da başlayacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın