“Anji”nin keçmiş sahibi Fransada həbs olundu

“Anji”nin keçmiş sahibi Fransada həbs olundu
XƏBƏR 22 Noyabr 2017 / 01:17 2473
-  A +

Rusiyanın “Anji” klubunun keçmiş sahibi Süleyman Kərimov həbs olunub.

Qol.az-ın “RİA-Novosti”yə istinadən yaydığı xəbərə görə, 51 yaşlı siyasətçi Nitsada Fransa polisi tərəfindən saxlanılıb.

“Süleyman Kərimov bazar ertəsi axşam saatlarında Nitsa aeroportunda saxlanılıb. Onu polis bölməsinə aparıblar. Konsulluğun əməkdaşları əvvəlcə hava limanına yollanıblar, daha sonra isə polis bölməsində Kərimovla görüşməyə nail olublar. Biz daim yerli hakimiyyətlə əlaqədəyik və onun azadlığa buraxılması üçün əlimizdən gələni edirik” - deyə Kərimovun nümayəndəsi bildirib.

Qeyd edək ki, Kərimov 2016-cı ilin dekabrında yerini Osman Kadiyevə verməklə “Anji”dən ayrılıb.

Əlavə edək ki “Forbes”in son siyahısında Süleyman Kərimov rusiyalı milyarderlər arasında 21-ci pillədə qərarlaşıb.

Son xəbərlər