İtaliya klubunda yeni baş məşqçi

İtaliya klubunda yeni baş məşqçi
XƏBƏR 22 Noyabr 2017 / 00:47 2151
-  A +

İtaliyanın “Udineze” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu vəzifə Massimo Oddoya tapşırılıb. O, bu postda daha əvvəl istefaya göndərilən Luici Del Nerini əvəzləyib.

12 turdan sonra “Udineze” A seriyasında 14-cü yeri tutur ki, bu nəticə də rəhbərliyin ürəyincə deyil. Bu səbəbdən də 67 yaşlı mütəxəssis Oddo ilə əvəzlənib.

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü son 2 ildə “Peskara”nın baş məşqçisi olub.

 


Son xəbərlər