“Qarabağ” – “Çelsi” oyununa necə getmək olar?

“Qarabağ” – “Çelsi” oyununa necə getmək olar?
XƏBƏR 21 Noyabr 2017 / 18:40 4012
-  A +

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin V turunda sabah Bakı Olimpiya Stadionunda “Çelsi”ni qəbul edəcək.

Qol.az-ın xəbərinə görə, Ağdam klubu  azarkeşlərin oyuna rahat getməsi üçün rəsmi saytı vasitəsilə məlumat yayıb. Məlumatda  deyilir:

Azarkeşlərimizdən xahiş olunur ki, girişdə qarışıqlıq yaşamamaq üçün arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən istifadə edin. Çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazımdır. İctimai dayanacaqla bağlı N qapısında yerləşən Şimal körpüsündən, metronun “Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir. Heydər Əliyev prospektində yerləşən ictimai dayanacaq oyundan 3 saat əvvəl açıq olacaq.

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Çelsi" matçı saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər