Konte Bakıda azarkeşlərə avtoqraf payladı – Video

Konte Bakıda azarkeşlərə avtoqraf payladı – Video
VİDEO 21 Noyabr 2017 / 17:02 4516
-  A +

Bu gün “Çelsi” Bakıda , 8-ci kilometr qəsəbəsi stadionunda məşq keçib.

Qol.az-ın xəbərinə görə, London klubunun hazırlıq prosesini komandanın Bakıdakı xeyli azarkeşi də izləmək istəsə də, onlar baş məşqçi Antino Kontenin istəyi ilə stadiona buraxılmayıblar. İtaliyalı mütəxəssis azarkeşlərin tribunada yer almasının futbolçuların motivasiyasına təsir edə biləcəyindən ehtiyatlanıb.

Bununla belə, məşqdən sonra Konte azərbaycanlı azarkeşlərə yaxınlaşaraq onlara avtoqraf verib.

Xatırkadaq ki, sabah Çempionlar Liqasının 5-ci turunda “Çelsi” Bakı Olimpiya Stadionunda “Qarabağ”la qarşılaşacaq.



Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın