“Barselona” qışda Özili ala bilər

“Barselona” qışda Özili ala bilər
DÜNYA FUTBOLU 21 Noyabr 2017 / 13:00 3897
-  A +

Qış transfer pəncərəsi dövründə “Barselona” “Arsenal”dan Məsut Özili heyətinə cəlb edə bilər.

Qol.az-ın “Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, alman əsilli türk futbolçu üçün 20 milyon avro təzminat ödəməyə hazırdır. Bu transfer “Barselona”nın “Liverpul”dan almaq istədiyi Felippe Koutinyoya alternativ olaraq həyata keçirilə bilər.

Qeyd edək ki, Özilin “Arsenal”la müqaviləsi 2018-ci ilin yayında başa çatır. Tərəflər müqavilənin müddətinin uzadılması ilə bağlı razılığa gəlməyiblər.

Əgər London təmsilçisi Özili qışda satmasa, bu halda futbolçu yanvar ayından başlayaraq, özünün başqa klublarla danışıq aparmaq hüququndan istifadə edəcək və yayda azad agent kimi istədiyi komandaya keçəcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı