"Qarabağ"la oyunadək vəsiqəni təmin etməliyik" - Nainqqolan

"Qarabağ"la oyunadək vəsiqəni təmin etməliyik" - Nainqqolan
GÜNDƏM 21 Noyabr 2017 / 10:30 2843
-  A +

"Roma"nın futbolçusu Raca Nainqqolan Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Atletiko" ilə oyun öncəsi açıqlama verib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, Madrid klubu ilə matçda qalib gələrək vaxtından əvvəl qrupdan çıxmağı təmin etmək istəyirlər: "Atletiko" ilə görüş bizim üçün çox əhəmiyyətlidir. Bilirik ki, 1/8 finala yüksəlmək istəyiriksə, son turda "Qarabağ"ı məğlub etmək kifayətdir. Ancaq biz istəyimizi mümkün qədər tez həyata keçirmək və qrup mərhələsini ilk pillədə başa vurmağa çalışacağıq".

Qeyd edək ki, "Roma" hazırda ÇL-də C qrupunda 8 xalla birinci yerdə qərarlaşıb

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı