Vaqif Cavadov və oyundaşları xoşagəlməz olayla üzləşdi

XƏBƏR 14 Aprel 2010 / 12:20 1917
-  A +

Həmyerlimiz Vaqif Cavadovun şərəfini qoruduğu “Tvente” klubu xoşagəlməz hadisə ilə üzləşib. Qol.Az-ın məlumatına görə, Hollandiya çempionatının son turunda “Alkmaar”la qarşılaşan Enshede təmsilçisinin futbolçuları stadiona çətinliklə daxil olublar. Buna meydan sahiblərinin azarkeşlərinin qonaq komanda üzvlərini arenaya aparan avtobusu daşa basması səbəb olub.

Ötən ilki Hollandiya çempionunun fanatlarının Vaqifin komandasını daşqalaq etməklə, rəqibə xəsarət yetirmək arzusu baş tutmayıb. Elə klubun baş məşqçisi Stiv Maklaren də oyun sonrası mətbuat konfransında baş verənlərdən danışıb: “Yaxşı ki, heç kim xəsarət almadı. Düşünürəm ki, bu bizim oyunumuza heç bir təsir göstərmədi”.

Qeyd edək ki, daşa basılan “Tvente” futbolçularından yaralanan olmasa da, onların gözü yaman qorxub. Hər halda, “Alkmaar” 1:0 hesablı qələbəni rəqib oyunçunun avtoqolu sayəsində əldə edib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın