Prezidentin təyyarəsində həlak olan polşalı marşalı millimizə nə bağlayıb?

Prezidentin təyyarəsində həlak olan polşalı marşalı millimizə nə bağlayıb?
ÖLKƏ FUTBOLU 14 Aprel 2010 / 12:19 2563
-  A +

«525-ci qəzet»in dünənki sayında Azərbaycan Respublikasının Polşadakı sabiq səfiri, hazırda ölkəmizin Macarıstandakı səfiri olan sabiq xarici işlər naziri Vilayət Quliyevin prezident Leh Kaçinskinin ölümü ilə nəticələnən məlum təyyarə qəzası ilə bağlı geniş yazısı dərc olunub. Qol.Az-ın məlumatına görə, «Polşa faciəsi» adlı bu yazıda V.Quliyevin təyyarə qəzasında həlak olmuş dövlət rəhbərləri və rəsmiləri ilə bağlı xatirələri yer alıb.
V.Quliyevin yazısında 2005-ci ilin martın 26-da Varşavada keçirilmiş Polşa və Azərbaycan milli komandaları arasındakı dünya çempionatının seçmə matçında komandamızın 0:8 hesablı rüsvayçı məğlubiyyətinə də toxunulub. Vilayət Quliyev həmin oyunu təyyarə qəzasında həlak olan Polşa Seyminin vitse-marşalı, Sosialist Partiyasından prezidentliyə namizəd Yerzi Şmaydinski ilə stadiondan canlı izlədiyini yazıb.
Vilayət Quliyevin həmin hadisə ilə bağlı qeydlərini təqdim edirik:

«Yerzi Şmaydinski. Polşa Seyminin vitse-marşalı, Sosialist Partiyasından prezidentliyə namizəd. Liderlik xüsusiyyətləri ilə seçilirdi.
İlk tanışlığımız 2005-ci ilin mart ayına təsadüf etmişdi. O zaman Yerzi Şmaydinski Polşanın müdafiə naziri idi. Bizim üçün biabırçı nəticə ilə başa çatan Polşa - Azərbaycan futbol matçında VİP-lojada yanaşı oturmuşduq.
Matçın sonunda mənim pərtliyimi görüb əlini çiynimə vurdu.
- Qanınızı qaraltmayın. Futbol boş şeydir. Əsas məsələ müharibəni uduzmamaqdır, - dedi.
- Uduzmaq həmişə pisdir.
- Uduzmamaq üçün mübarizə aparmaq lazımdır,-dedi".
Özünü haqlı saydığı məsələlərdə mübarizədən heç vaxt çəkinməmişdi».
Vilayət Quliyevin «Polşa faciəsi» adlı yazısını tam olaraq burada oxuya bilərsiniz.

http://525.az/view.php?lang=az&menu=7&id=14290

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı