Rəşad Sadıqov: “Klubları milliyə qurban vermək olar"

XƏBƏR 14 Aprel 2010 / 12:16 1944
-  A +

“Qarşıda bizi Avropa çempionatının seçmə mərhələsində ağır oyunlar gözləyir. Bundan əvvəl 3 vacib yoldaşlıq görüşü olacaq. Bu, həm özümüzü yoxlama, həm də psixoloji hazırlıq baxımından önəm daşıyır”.
Qol.Az-ın məlumatına görə, bu fikirləri millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov bildirib.
Bu gün millinin mətbuat üçün açıq məşqində jurnalistlərə açıqlama verən Rəşad millinin mənafeyini hər şeydən üstün tutduğunu bəyan edib: “Fikrimcə, klubları milli komandaya görə qurban vermək olar. Burada 3-4 günlük hazırlıq prosesi ciddi təsir etməz. Ola bilər ki, qarşıdakı oyunda təsir etsin. Ancaq biz peşəkarıq, çalışacağıq ki, bu olmasın”.
Təcrübəli futbolçu bildirib ki, milli əvvəllər əsasən taktiki hazırlığa üstünlük verirdi: “Belə təlim-məşqə ehtiyacımız vardı. Yaxşı oldu ki, millinin hazırlıq prosesi təşkil olundu. İndi fiziki hazırlığı gücləndiririk. Lüksemburla oyunda bu baxımdan vəziyyət yaxşı deyildi”.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq