“Səhvlər təkcə bizdə yox, hakimdə də oldu” – “Neftçi”nin futbolçusu

“Səhvlər təkcə bizdə yox, hakimdə də oldu” –  “Neftçi”nin futbolçusu
ÖLKƏ FUTBOLU 20 Noyabr 2017 / 11:25 1881
-  A +

“Neftçi”nin yarımmüdafiəçisi İqnasio Herrera Topaz Premyer Liqasının XII turunda “Qəbələ”yə 2:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın xəbərinə görə, çilili futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- İki dəfə hesabda irəli çıxdıq. Sonra nələrin baş verdiyini siz gördünüz. Bu cür oyunla məğlub olduq. Çox pis hisslər keçiririk. Üzülməmək əlimizdə deyil. Axı 55-ci dəqiqəyə qədər hesab bizim xeyrimizə idi. Sonra penalti təyin edildi. Oyunun sonlarında isə 3-cü qolu buraxıb məğlub olduq.
 
- İki dəfə hesabda önə çıxsanız da, bu üstünlüyü qoruyub-saxlaya bilmədiniz. Buna səbəb nə oldu?

- Səhvlər çox oldu və bunu yalnız komandamız etmədi. Rəqibin vurduğu ilk qol epizodunda künc zərbəsi təyin edilməməli idi. Çünki top onların futbolçusundan çıxmışdı. İkinci qol zamanı isə hakim penaltini verməyə bilərdi. Amma verdi və onlar ikinci qolu da standart vəziyyətdən vurdular. Bir sözlə, səhvlər çox oldu.

- Artıq qış fasiləsi yaxınlaşır. Səncə, komandanın daha yaxşı oynaması üçün nələri dəyişmək lazımdır?

- Nəyi dəyişməli olduğumuzu deyə bilmərəm. Amma düşünürəm ki, bu cür çıxış etsək, çox oyunlarda qələbə qazanacağıq. Məncə, düzgün yoldayıq.

- Sanki topla istədiyiniz qədər təmin olunmurdunuz. Hətta narazılıq da edirdiniz…

- Narazılığım topla təmin olunub-olunmamağıma görə deyildi. Əsas narazılığım oyunu uduzmağımızla, nəticə ilə bağlıydı. Çünki iki dəfə hesabda irəlidə ola-ola yekunda xalsız qaldıq. Komanda yoldaşlarımla bağlı narazılığım yoxdur.

Daha çox


Son xəbərlər